Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nasir Kənani deyib.
O bildirib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran Bakı yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr
- İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?
- ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!
- Qaliblər Vətəndə belə qarşılandı - Video
- Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
- Bakıda İsrail və Suriya arasında kritik görüş: Barrak da qatılır
- BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov
- Dumanın deputatı: Azərbaycandan nümunə götürün!