Sülhməramlıların Qarabağda nə işi var? - Zatulin

15:32 - 15 Aprel 2024 - GÜNDƏM

 Sülhməramlıların Qarabağda nə işi var? - Zatulin

Erməni əhalisi Qarabağı tərk etdikdən sonra Rusiya sülhməramlılarının bölgədə olma səbəbləri azalıb.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib.

O bildirib ki, Bakı qoşunların çıxarılması məsələsini gündəmə gətirməyib ki, Rusiya bunu məğlubiyyəti kimi qəbul edilməsin:

“Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi sülhməramlıların geri çəkilməsi ilə bağlı məsələni ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiyadan kənarda ölkəyə vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri daha da azalıb”, - o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol