Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 640 manat təşkil edib.
BUTA.TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 373 manat, özəl sektorda isə 1 846 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 17,3 %, o cümlədən dövlət sektorunda 17,8 %, özəl sektorunda isə 16,5 % artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı martın 1-nə 32,6 min nəfər olub ki, bunun da 18,3 min nəfəri özəl sektorun payına düşüb.
- Azərbaycanın İtaliyadakı səfiri geri çağırıldı
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Türkiyədən geri çağırıldı - Özbəkistana səfir təyin edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu
- Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
- Speys TV-nin bank hesablarına həbs qoyuldu