Avropa Birliyi İranın İsrailə gözlənilən cavab zərbəsi barədə əvvəlcədən xəbərdar idi.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Bizə zərbədən bir neçə gün əvvəl xəbərdarlıq edilmişdi”, - o bildirib.
Borrell hücumun hazırlanması ilə bağlı məlumatı haradan aldığını dəqiqləşdirməyib.
AB nümayəndəsi qeyd edib ki, İsrailə hücumdan sonra İranın XİN rəhbəri Abdullahian ona yalnız hərbi hədəflərə zərbələr endirildiyini deyib və bunun nəzarətli cavab olduğunu açıqlayıb:
“Tehran həqiqətən də ciddi ziyan vurmaq istəsəydi, İsraildə hədəflərinə çatmaq üçün təxminən 6 saat yol gedən PUA göndərməzdi. Amma bu, heç bir şəkildə hücuma bəhanə deyil və ya əhəmiyyətini aşağı salmır”.
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər
- Türkiyədəki səfirimiz o oldu - Foto
- Azərbaycanın İtaliyadakı səfiri geri çağırıldı
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Türkiyədən geri çağırıldı - Özbəkistana səfir təyin edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu