Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, - deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər
- Türkiyədəki səfirimiz o oldu - Foto
- Azərbaycanın İtaliyadakı səfiri geri çağırıldı
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Türkiyədən geri çağırıldı - Özbəkistana səfir təyin edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu