Həccə getmək istəyən 500 nəfər aldadıldı - Rəsmi

14:10 - 16 Aprel 2024 - GÜNDƏM

 Həccə getmək istəyən 500 nəfər aldadıldı - Rəsmi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb.

BUTA.TV xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətinə getmək istəyən vətəndaşların işbazlar tərəfindən aldadıldığı müşahidə olunub:

“Keçən il Həcc mövsümündən sonra, iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaratdı. Lakin həmin ərazilərə yalnız Həcc vizası olan şəxslər daxil ola bilərlər. İşbazlar isə bu qərarlardan istifadə edərək, vətəndaşları aldadıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Bizdə olan məlumata görə, ötən il də belə işbazların çox sayda qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər. Bu il isə təxminən 500 vətəndaş işbazların qurbanı olub”.

V. Cahangiri vurğulayıb ki, buna görə də, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə əlaqədar kvotanı azaldaraq, 1500 zəvvar həddində müəyyənləşdirib:

“Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarətinə getmək istəyən şəxsləri işbazlara aldanmamağa çağırır”.

Həmçinin, QMİ rəsmisi onu da bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bütün həcc ziyarəti üçün bütün prosedurların tamamlanmasına vaxt qoyub:

“Nazirliyin təyin etdiyi vaxta əsasən, bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır. Ona görə vətəndaşlar tələssinlər, yalan vədlərə aldanmasınlar. Bildirək ki, kvotanın dolmasına da çox az qalıb.

Bununla bərabər, Səudiyyə Ərəbistanının müvafiq nazirlikləri bu kimi hallardan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Yəni elektron vizalarla həccə getmək istəyənləri çoxsaylı deportlar və cərimələr gözləyir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol