ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbə kəndində olub.

BUTA.TV xəbər verir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.

“ABŞ səfiri və xanımı Danusya Libbi yəhudilərin Pesax bayramını qeyd etmək üçün Quba rayonundakı Qırmızı Qəsəbə kəndində olublar. Burada dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Onlar sinaqoqlara, muzeylərə, eləcə də Tağlı körpüyə baş çəkiblər”, - paylaşımda qeyd edilib.

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı