Göyçay sakini qətlə yetirildi, oğlu saxlanıldı
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Eynulla Sahabqulu oğlu Əhmədovun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.
Araşdırma aparılır.
“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı