Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər etməməsinin səbəbini açıqlayıb.
BUTA.TV-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, diplomat bildirib ki, onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır.
O qeyd edib ki, indiyədək Azərbaycanın bir neçə regionunda olub:
“Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.
Qeyd edək ki, ABŞ və Fransa səfirlərinin Şuşa, o cümlədən işğaldan azad edilmiş digər bölgələrə səfərlər etməməsi Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunub.
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi
- Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi
- Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi
- Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü
- Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu
- Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi
- Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto