Mayın 4-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda 18, Culfada 17 mm, Ordubadda 15, Şahbuzda 14 mm, Naxçıvanda 13, Gədəbəy, Sədərəkdə 10 mm, Şəki, Göygöldə 9 mm, Qəbələdə 8 mm, Şahdağda 7 mm, Astara, Şəmkir, Balakən, Oğuz, Gəncə, Göyçay, Mingəçevir, Tərtər, Qrız, Zaqatala, Cocuqmərcanlı, Tovuz, Ağdam, Qusar, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Naftalan, Şərur, Daşkəsən, İsmayıllı, Qobustan, Quba, Bərdə, Zərdab, İmişli, Lerik, Kəlvəz, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.
Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Qax, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 9-12, Aran rayonlarında 13-15, dağlıq rayonlarda 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı