Paraqvayın Quarambara şəhərində polis hakimə hücum edən futbolçulara atəş açıb.
BUTA.TV xəbər verir ki, hadisə hakimin oyunun final fitini səsləndirməsindən sonra qeydə alınıb.
Komandalardan birinin oyunçuları final fitinin tez səsləndirilməsinə etiraz edərək, hakimin üzərinə şığıyıblar. Referi onlardan qaçmağa çalışıb. Polis isə hakimin müdafiəsinə qalxaraq, hücum edən aqressiv futbolçulara rezin güllələrdən atəş açıb.
Qeyd edək ki, qarşılaşma “25 sentyabr” və “29 sentyabr” adlanan komandalar arasında keçirilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu