Çin Ukrayna böhranının həlli yollarını tapmaq üçün Fransa və bütün beynəlxalq ictimaiyyətlə işləmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Szinpin “Le Figaro” qəzetindəki köşə yazısında qeyd edib.
Onun sözlərinə görə, Çin bu böhranın səbəbi, onun tərəfi və ya iştirakçısı deyil, lakin sülh yolu ilə həllin təşviqində həmişə konstruktiv rol oynayıb:
“Mən dəfələrlə BMT Nizamnaməsinin məqsəd və prinsiplərini dəstəkləməyə, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, müxtəlif tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə almağa, nüvə silahı və nüvə silahından istifadənin yolverilməzliyində təkid etməyə çağırmışam”.
Qeyd edək ki, Szinpin Fransada səfərdədir.
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi
- “Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya