Bakıda kuryoz hadisə baş verib. Belə ki, başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, mayın 22-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Nazir Qasımov idarə etdiyi "Mersedes" markalı avtomobillə birgə saxlanılıb.
N.Qasımov polis şöbəsində ərizəsində mayın 24-də onun avtomobilindən 840 manat pulunun oğurlamasını bildirib.
Görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qadın da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı