Güney Azərbaycanın “Traktor” futbol klubu İran Premyer Liqasının 29-cu həftəsinin oyunları çərçivəsində növbəti görüşünü keçirib.
BUTA.TV xəbər verir ki, Azərbaycan təmsilçisi Təbrizin “Səhənd” stadionunda Gilanın “Mələvan” komandası ilə qarşılaşıb.
Mayın 28-i yerli vaxtla axşam saat 20:00-da keçirilən oyun Təbriz klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 51-ə yüksəldən “Traktor” 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, İran Futbol Federasiyası “Traktor” klubunu cəzalandırdığı üçün qarşılaşma azarkeşsiz baş tutub.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Yaslardakı zəhərlənmələr lavaşdan olub - Rəsmi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı