Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, Şair Alxasov 1958-ci ildə Qusarın Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, Bərpaçı-A MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.
Digər məlumata əsasən, Şair Alxasov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı idi.
Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra onun digər kadrları kimi, Şair Alxasovun da yola salınacağı barədə xəbərlər yayılırdı. Maraqlı bir məqam da odur ki, Şair Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin icra başçısı postuna təyinat alandan sonra onu kollektivə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev təqdim edib. Şair Alxasov icra başçısı olduğu illərdə Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələri tikilib. Belə iddialar var ki, malikanələrin tikintisinə Şair Alxasov şəxsən rəhbərlik edib.
Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilib. 3 mərtəbəli malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.
Malikanənin fotolarını 2020-ci ildə Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabından paylaşmışdı. Bloger Həbib Müntəzir isə Kamilə Əliyevanın paylaşdığı fotoları ictimailəşdirmişdi.
Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük malikanəsi var. Mehdiyevlərin şimal zonasında 100 hektarlarla ölçülən torpaq sahələri də var. Ümumiyyətlə, şimal zonası uzun illər Mehdiyevlərin nəzarəti altında olub və orada torpaqların qanunsuzluqla ələ keçirilməsi həyata keçirilib.
- Moskvada azərbaycanlı məşhur qanuni oğru saxlanıldı - VIDEO
- Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
- Moskva hədəfi Ağalarova çevirdi, proses başladı - Sifarişi kim verib?
- ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu
- Rusiya Baş Prokurorluğu: Bakı ilə müntəzəm təmasdayıq
- İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya
- Prezidentlər Xankəndidə tikiş fabrikində...
- Mirziyayevin budəfəki dövlət səfəri böyük əhəmiyyət kəsb edir