SOCAR Azərbaycanın olduğu kimi, Türkiyənin də ən önəmli qurumlarından biridir. Mayın 31-də bir qrup fələstinli fəalın şirkətin İstanbuldakı ofisinin binası qarşısında təxribat törətmək cəhdi Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaqdan başqa bir şey deyil. Bu basqın Azərbaycan-Türkiyə münasibətlərini korlamağa cəhd edən qüvvələr tərəfindən planlaşdırılıb.
BUTA.TV xəbər verir ki, Report təxribatın birbaşa Türkiyədə kök salan və İrandakı bəzi qüvvələr tərəfindən idarə olunan qruplaşmalar tərəfindən idarə olunduğunu yazıb. Lazımi yerlərdə öz sözlərini deyə bilməyənlər Fələstin bəhanəsilə bu murdar əməli törədiblər.
Maraqlısı budur ki, Türkiyə bir çox dövləti qarşına alaraq Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir. Belə olan halda bəzi qüvvələrin təxribat cəhdi "sakit gölə daş atmaq" prinsipindən uzağa getmir.
“Azərbaycanın ən böyük şirkəti olan SOCAR ölkənin əsas brendidir. SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir. İnvestisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Çox da uzaq olmayan tarixi – 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir”, - məqalədə bildirilib.
Qeyd edək ki, bir qrup şəxs Fələstin bəhanəsilə SOCAR-ın İstanbul ofisinə basqın edib, binaya ziyan vurublar. Bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb.
- Yeni sağlamlıq böhranı ilə bağlı - ÜST-dən xəbərdarlıq
- FIFA futbolu nəhəng biznesə çevirmək planını açıqladı - Trampın qohumu rəhbərlik edəcək
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video