Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
BUTA.TV xəbər verir ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir.
Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.
Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 1019 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı
- Hasil Abbasov onu vəzifəsindən azad etdi
- Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
- Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı
- Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq