Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir.
Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş verdiyi ehtimal olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ziyan vurur.
- Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
- Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
- Məhkəmədən Martin Rayan barəsində qərar...
- Bakıda bu 2 avtobusun yolu dəyişdirilir
- Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - Video
- İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər