Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı direktorun ərizəsi alınıb.
Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.
Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmayıb.
TƏBİB-dən isə bildirilib ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.
Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.
Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı
- Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq
- "İdrak" işi: Şagirdin atası barədə qərar...
- “Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
- İtaliyadakı yeni səfirimiz o oldu - Foto
- İlham Əliyev 2 fərman imzaladı