Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar

07:06 - 29 İyul 2026 - GÜNDƏM

 Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq Baş naziri Əli əz-Zeydi arasında Beştəpədə keçirilən görüşdən sonra baş tutan imza mərasimində gözlənilməz an yaşanıb.

BUTA.TV” xəbər verir ki, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələr bir-birinin ardınca imzalanarkən, İraq nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf Yolu” layihəsi ilə bağlı sənədi imzalamayıb.

Mərasim canlı yayımlandığı üçün baş verənlər kameralara düşüb. Nazir sənədi imzalamadıqda İraq Baş naziri Əli əz-Zeydi vəziyyətə müdaxilə edib.

Zeydi nazir Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.

Baş nazirin göstərişindən sonra Həsəni sənədi imzalayıb və mərasim davam edib.

İlk anda nazirin müqaviləni imzalamaqdan imtina etməsi müxtəlif suallar doğursa da, sonradan hadisənin siyasi fikir ayrılığı ilə bağlı olmadığı bildirilib.

Məlumata görə, İraq nümayəndə heyəti arasında yaranan texniki nasazlıq səbəbindən sənədin imzalanması zamanı qısa anlaşılmazlıq yaşanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol