Məmura oğru deyən vətəndaş 1200 manat - Cərimələndi

14:46 - 28 İyul 2026 - GÜNDƏM

 Məmura oğru deyən vətəndaş 1200 manat - Cərimələndi

Göyçayda məmur barəsində təhqiramiz ifadə işlədən vətəndaş məhkəmə qarşısına çıxarılıb.

BUTA.TV” xəbər verir ki, Göyçay RİH-in Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin məsləhətçisi S.Səmədov (soyadlar şərtidir) barəsində sosial şəbəkədə video paylaşan Qaraməryəm kənd sakini, 1970-ci il təvəllüdlü M.Yusifova hökm oxunub.

Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən məmur kənd sakininin ona böhtan atdığını və “oğru” deyərək təhqir etdiyini bildirib.

Məlum olub ki, M.Yusifov “Facebook”da “Acı bibər” adlı səhifədə yerləşdirilmiş videoda həmin məmur barəsində “Bu oğru S.Səmədov nəinki mənim, hətta məndən başqa vətəndaşların da yerini oğurlayıb”, - ifadəsini işlədib. O, həmin videoda məmurun torpaqları oğurlayaraq bələdiyyə sədrinə verdiyini iddia edib.

Məlum olub ki, daha əvvəl bələdiyyə sədri M.Yusifov barəsində məhkəməyə müraciət edib və ötən il həmin şəxs cərimələnib.

Göyçay Rayon Məhkəməsi bu dəfə də M.Yusifov barəsində ittihamı qəbul edib. O, təhqir maddəsi üzrə təqsirli bilinərək 1200 manat cərimə edilib. Ona Cinayət Məcəlləsinin böhtan maddəsi üzrə bəraət verilib.

Aslan Vəliyev


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol