Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video

01:45 - 30 İyul 2026 - GÜNDƏM

 Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video

Xalq artisti Emin Ağalarov "Sea Breeze"də keçirilən festival zamanı yaranan tıxacla bağlı paylaşım edib.

BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda yolda hərəkət etməkdə çətinlik çəkən sürücüyə kömək etdiyi anları göstərib. Emin avtomobilin rahat hərəkət etməsi üçün sürücüyə istiqamət verib.

O, daha sonra tıxacların yaranma səbəbləri ilə bağlı fikirlərini bölüşüb:

"Siz yolun ortasında dayananda hər şey iflic olur. Tıxac yollarımızın çatışmazlığından yaranmır. Tıxac bəzi sürücülərin yolun ortasında dayanmaq qərarına gəlməsinə görə yaranır. Amma biz onlarla söhbət edəcəyik".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol