Göygöl rayon sakini Murad Məhərrəmova qanunsuz yolla əlillik təyin olunması ilə bağlı daxil olmuş vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə BUTA.TV-a Göygöl Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Murad Məhərrəmovun “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda stasionar və ambulator müalicə olunmadığı halda, guya 19.05.2016-cı il tarixdən 11.07.2016-cı il tarixədək “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda stasionar müalicədə olmasını göstərən xəstəlik tarixindən saxta çıxarışı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etməsinə, qeyd olunan tibb müəssisəsinin həkim məsləhət komissiyasının, eləcə də 24 saylı Goranboy Tibbi-Sosial Ekspert Komissiyasının həmin vaxt çalışan vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Murad Məhərrəmova qanunsuz əlillik dərəcəsi təyin etmək məqsədilə müvafiq tibbi sənədləri mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməsinə və nəticədə vətəndaşa 05.10.2016-cı il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən 17 min manatdan artıq pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı