Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.
BUTA.TV xəbər verir ki, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.
Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.
"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən Report-a bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür.
- Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
- İvan Svetliçnıy barəsində qərar verildi
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü