Əsədov millimizin Abaniyaya məğlubiyyətini şərh etdi

00:58 - 8 İyun 2024 - GÜNDƏM

 Əsədov millimizin Abaniyaya məğlubiyyətini şərh etdi

Öz səhvlərimizdən qollar buraxdıq. Nəticədən yox, komandanın oyunundan razıyam. Rəqib Avropa çempionatına hazırlaşır. Bunun da nəticəyə təsiri ola bilər.

BUTA.TV xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Macarıstanın Sombatxey şəhərinin "Haladaş" İdman Kompleksində keçirilən beynəlxalq yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə uduzmaları barədə danışarkən deyib.

O bildirib ki, futbolçular matçın gedişində rəqibə qarşı rahat oynaya biləcəklərini hiss ediblər:

"İkinci hissədə bir az sistemi dəyişdik, hücuma meyilli oyuna üstünlük verdik. Hücum potensialımız artdı. Ancaq qol imkanlarından yararlana bilmədik. Albaniya isə əks-hücumlarda təhlükəli olurdu. Ərazi üstünlüyü tərəfimizdə olsa da, orta sahədə buraxılan səhvlər və rəqibin sürətli hücumlara keçməsi bizə təhlükəli yaşadırdı. Komandamızda ən çox problem fiziki durumla bağlı idi. Artıq Qazaxıstanla qarşıdakı matça hazırlaşacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını iyunun 11-i Bakı vaxtı ilə saat 18:00-da eyni məkanda Qazaxıstan yığmasına qarşı keçirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol