Yuxusuzluğun çarəsi: xiyarı çarpayının yanına qoysanız...

01:54 - 8 İyun 2024 - SAĞLAMLIQ

 Yuxusuzluğun çarəsi: xiyarı çarpayının yanına qoysanız...

Xiyar insan sağlamlığına faydaları ilə tanınan tərəvəzlərdən biridir. Yüksək miqdarda su ehtiva etdiyi üçün orqanizmə olduqca faydalı olan bu tərəvəz yay aylarında susuzluğu aradan qaldırır və arıqlamağa kömək edir.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, ancaq son zamanlarda sosial şəbəkələrdə xiyarın sağlamlığa daha bir faydası gündəmdədir.

Belə ki, bir ədəd xiyarı dilimləyərək çarpayının yanına qoymağın inanılmaz müsbət təsirləri olduğu iddia edilir.

İddialara görə, xiyar gecə yatağın yanına qoyulduqda sağlamlıq üçün fərqli təsir yaradır.

Sağlam bir bədən üçün yaxşı gecə yuxusu vacibdir. Çox vaxt stress, müxtəlif sağlamlıq problemləri və bəzən də istidən yata bilmirik. Həyat keyfiyyətini aşağı salan pis gecə yuxusu bütün günə mənfi təsir edə biləcək səbəblərdən biridir.

Sosial şəbəkələrdə bəzi ekspertlər gecələr yaxşı yata bilməyənlərə xiyarın qoxusundan yararlanmağı məsləhət görürlər. Bu üsul sayəsində gecələr rahat yatıb günə daha enerjili başlamaq mümkündür. Bunun üçün sadəcə xiyarı soyub nazik dilimləmək və qaynar su ilə dolu bir qaba qoymaq lazımdır. Həmin qabı yatağın yanına qoyun.

Xiyarın tərkibindəki qida maddələri qaynar suya keçir və su buxarlanmağa davam etdikcə bunlar havaya qarışırlar. Beləliklə, xiyarın ətri bütün otağa yayılır. Bu ətir gərginliyi aradan qaldırır və gecələr rahat yatmağa imkan yaradır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol