Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?

01:27 - 28 İyul 2026 - GÜNDƏM

 Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?

Cənub bölgəsində ev quşları, xüsusilə toyuqlar kütləvi şəkildə tələf olmağa başlayıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, toyuqlar arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. Bundan sonra quşlar tez bir zamanda tələf olur.

Sakinlər bildirirlər ki, xəstəlik qısa müddət ərzində ev quşları arasında sürətlə yayılır.

Sakinlərin sözlərinə görə, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də gözlənilən nəticəni vermir.

Bu xəbər hal-hazırda çox oxunur
Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika

Ev quşlarının kütləvi tələfatı Lənkəranla yanaşı, Cəlilabad rayonunun bir sıra kəndlərində də müşahidə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol