67 yaşlı britaniyalı teleaparıcı Maykl Mosli Yunanıstanın Simi adasında itkin düşüb.
BUTA.TV xəbər verir ki, o, sonuncu dəfə çərşənbə günü saat 13:30 radələrində adanın mərkəzinə doğru piyada gedərkən görülüb. Onun axşam 19:30 saatlarında qayıtmamasından sonra həyat yoldaşı yerli polisə xəbər verib.
Hazırda adanın yerli insanları, Rodosdan gələn helikopter və yunan zabitləri, eləcə də adadan kənardan cəlb edilmiş polislərin axtarış-xilasetmə əməliyyatına qoşulduğu qeyd edilib.
Qeyd edək ki, Maykl Mosli Britaniya telekanallarında səhiyyə ilə bağlı proqramlarda aparıcılıq edib. O, "This Morning" və "The One Show" kimi televiziya proqramlarında, həmçinin BBC kanalında yayımlanan "Trust Me, I'm A Doctor" proqramının aparıcılarından biri olub. Maykl Musli “Royal Free Hospital”da tibb təhsili alıb.
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı