Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində “Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub.
BUTA.TV xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Sonra birgə foto çəkdirilib.
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı