Xəbər verdiyimiz kimi, İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan Ukraynanın Buça şəhərinə getdiklərinə, burada Rusiya ordusu tərəfindən qətlə yetirildikləri bildirilən mülki insanların şərəfinə qoyulan memorialı ziyarət etdiklərinə görə Rusiya Ermənistana nota təqdim edib.
BUTA.TV xəbər verir ki, notaya səbəb həm də Ermənistanın Ukrayna ordusuna tibbi yardımıdır.
Rusiyanın notasına cavab olaraq Nor Nork inzibati dairəsinin rəhbəri Ter-Marqaryan sosial şəbəkə hesabında cavab yazıb. O bildirib ki, İrəvanın Nor Nork inzibati ərazi dairəsinin başçısı və “Respublika” partiyasının siyasi şurasının üzvü kimi mən həm də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazıram:
“Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməz. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir. Qəribədir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əvvəlcə Ermənistan parlamentini İrəvan inzibati dairəsi ilə qarışdırır, sonra isə partiyanın fəaliyyətinə müdaxilə etməyə çalışır”.
Qeyd edək ki, Nor Nork meri hökumət təmsilçisi olmadığını göstərmək istəyib. Halbuki Ermənistan səfiri də bu səfərdə iştirak edib, həmçinin merin xarici ölkəyə səfəri və görüşləri mütləq hökumətlər razılaşdırılır.
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı
- Yanacaq daşıyan “Mercedes”də yanğın - Video
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq