Həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) avtomobili yenidən satışa çıxarılıb. 2017-ci il istehsalı olan "Niva" markalı avtomobil Hövsan maşın bazarında 17 min manata təklif edilib. Sözügedən maşın bir müddət əvvəl başqa şəxsə satılıb.
Məşhur meyxanaçı Rəşad Dağlı İsgəndər Mehdiyevi məhz bu avtomobildə qətlə yetirib. İçində qətl törədilmiş avtomobilin bu qiymətə satılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Adətən bu tip cinayət, bədbəxt hadisə və qəza törətmiş avtomobillərin ümumiyyətlə heç kim tərəfindən alınmadığını bildirən istifadəçilərin bir çoxu, məsələyə öz iradını bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan avtomobil reiltoru Ayaz Ağayev bildirib ki, bu qəbildən olan maşınlara ümumiyyətlə alıcı tapmaq olmur:
“İçərisində cinayət törədilmiş, ölüm-itib olan qəzadan çıxmış maşınlara alıcı tapmaq çox çətindir, hətta imkansızdır deyərdim. Əvvəla heç kim hansısa bir nəfərin canını tapşırdığı maşını alıb sürmək istəməz. Əksər adamlar belə bir maşının onlara da uğursuzluq gətirəcəyinə inanırlar.
Yaxşı xatırlayıram, sahibi içərisində ürəktutmadan ölən bir “BMW X6”-nı bazar dəyərindən olduqca ucuz, təxminən 5 minə almışdım. Ailə üzvlərindən heç kim həmin avtomobilə yaxın durmurdu. Düşünürdülər ki, həm rəhmətliyin özü bu maşını sürüb, həm də son nəfəsini bu maşında verib. Sonra o maşını yenə bazar dəyərindən olduqca aşağı qiymətə satdım”.
Reiltor sözügedən “Niva”nın bu qiymətə təqdim olunmasının Rəşad Dağlının fanatlarının yetərincə çox olması ilə əlaqələndirib:
“Rəşad Dağlının “Niva”sına gəlincə isə, onu deyə bilərəm ki, o maşının elə bazar dəyəri də elə təxminən 16-17 min manat civarındadır. Məsələ burasındadır ki, Rəşad Dağlı bir meyxanaçı kimi cəmiyyətdə çox sevilib, seçilib. Məhz onun sürdüyü maşın olduğu üçün qiyməti belə təklif edirlər. Yoxsa ağılı, məntiqi olan adam eyni qiymətə bazarda satılan normal maşını qoyub içində cinayət törədilmiş avtomobili almaz”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir