Hazırda Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır. 2023-cü ildə Türkiyə ilə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin türkiyəyə bugünkü işgüzar səfəri çərçivəsində qeyd edib.
O bildirib ki, Türkiyə 15 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır:
“Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb.
Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard 469 milyon dollar olub. Tərəflər qeyri-enerji sektoru üzrə də əməkdaşlığı gücləndirirlər. İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.
Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək”.
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
- AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
- Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan