Bəzi insanlar isti havalarda da çay içmə vərdişinə əməl edir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, ekspertlər yay aylarında çayı limonla içməyi məsləhət görürlər.
Həkimlər bildirirlər ki, limonlu çay immuniteti gücləndirir. Maddələr mübadiləsini sürətləndirmək, dərini gözəlləşdirmək, hətta iştahı da azaltmaq üçün limonlu çay tövsiyə edilir.
Limonun tərkibindəki C vitamininin böyük faydaları çayla birlikdə istehlak edildikdə ortaya çıxır. Bu çay həm də həzm sisteminə müsbət təsir göstərir və bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir. Limonlu çay içmək dərini yaxşılaşdırmağa və çəkiyə nəzarət etməyə kömək edə bilər.
Çaya limon əlavə etmək dəmirin udulmasını artırır, çünki limonun tərkibindəki C vitamini dəmirin həzm sistemindən qana keçməsini asanlaşdırır.
Limonlu çay bədəndən artıq suyu çıxarmağa kömək edir, bununla da ödem əmələ gəlməsinin qarşısını alır.
Mütəxəssislər sərinləmək üçün limonlu çayı soyuq halda içməyin də eyni effekti verdiyini bildirirlər.
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq
- “Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - VİDEO
- AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…