İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı peşəkar fəaliyyəti uğurla davam edir və bütün iranlılara konsulluq xidmətləri göstərilir.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
Onun sözlərinə görə, Ermənistan da Təbrizdə konsulluq açılması üçün hazırlıq işləri aparır:
“Mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Ermənistana etdiyi son səfər zamanı Təbriz şəhərində Ermənistanın baş konsulluğunun qarşılıqlı şəkildə açılması ilə bağlı İranın razılığı bu ölkənin səlahiyyətli orqanlarına çatdırılıb və Ermənistan tərəfi bunun üçün lazımi hazırlıq işləri görür”.
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi
- Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama