Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.
DTX İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı