İstanbulda zavodda güclü yanğın başlayıb.

BUTA.TV xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsində qeydə alınıb. Avtomobil ehtiyat hissələri istehsal edən zavodda naməlum səbəbdən yanğın baş verib. Yanğın böyük ərazini əhatə etdiyindən hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın yerində partlayış səsləri də eşidilir. Külək nəticəsində yanğın ətrafdakı digər zavodlara və meşə ərazisinə keçib.

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı