"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
- İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident
- Əliyevdən Ermənistan açıqlaması: Məhdudiyyətləri götürdük...
- ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır
- Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto
- Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto
- Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir
- Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev
- Kamaləddin Qafarov: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi