“Cəmiyyətdəki bütün problemlərin kökündə matriarxatlıq dayanır. Məktəbləri də buna nümunə göstərmək olar. Orada da əksəriyyət qadın müəllimlərdir. Qadınların məktəblərdə, digər sahələrdə, cəmiyyətdə üstünlük təşkil etməsi əksər problemlərin kökündə dayanan səbəblərdəndir. Bu da son zamanların əlamətləridir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib. Onun sözlərinə görə orta məktəblərdə, ali təhsil müəssisələrində qadınların üstünlük təşkil etməsi problemlərin yaranmasına səbəb olur:
“Unutmayın ki, xanımlar ən yaxşı halda məlumat verə bilər. Ancaq qadın elm verə bilməz. Bizim elm ocağımız yoxdur. Elmi ocaqda, universitetlərdə, məktəblərdə müəllim qalmayıb. Hamısı müəllimələrdir.
Allah qadını belə yaradıb. Ona elm verilməyib. İstisnalar da olur. Məsələn böyük şəxsiyyətlərin yanında çiyin-çiyinə qadınlar olublar. Üzeyir bəyin yanında Məleykə xanım, Niyazinin yanında Həcər və s. onlardan danışıb qurtarmaq olmaz”.
A.İslamzadə bildirib ki, müəllimlərin əvvəlki nüfuzunu geri qaytarmaq lazımdır: Həkim tap
“Bugünkü dünyanın baxışı, düzəni elədir ki, elmi ocaqlarımızda maraq, öyrənməyə elm qalmayıb. Məni efirə dəvət etmişdilər və soruşdular ki, şəxsi istəyiniz nədir? Cavab olaraq bildirdim ki, təhsil sistemini dəyişməkdir. Nəzərdə tutduğum sistemdə olan dəyişiklik ondan ibarətdir ki, müəllimin əvvəlki nüfuzunu qaytarsınlar”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?