Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO
Video
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb.
BUTA.TV xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb.
Videoda şagird məktəbə hazırlaşdığı və makiyaj etdiyi zaman ilk dərs günü ilə bağlı təəssüratını bölüşüb.
O, ilk günün yorucu keçdiyini və bəzi dərslərdə tədrislə bağlı ciddi fəaliyyət olmadığını bildirib.
"Deməli, təxminən altı dərs biz boş-boş oturduq, sadəcə, iki dərs yalandan müəllimlər bir şey danışdılar", - deyə şagird qeyd edib.
Görüntülərdə onun məktəbə hazırlaşması, makiyaj etməsi, servis gözləməsi və rəfiqəsi ilə birlikdə məktəbə getməsi əks olunub.
Şagird məktəbdə insanların çox olduğunu, həmçinin növbənin uzun çəkdiyini də söyləyib.
K.Ağazadə paylaşımında uşağın anasının ona dəstək olduğunu bildirib. O, həmçinin müəllimin söylədikləri ilə bağlı iradını ifadə edib.
Paylaşım istifadəçilər arasında məktəblilərin xarici görünüşü, məktəbə münasibəti və ilk dərs gününün təşkili ilə bağlı fikir mübadiləsinə səbəb olub.