“Yuventus” və “Beşiktaş”dan darmadağın - AL-də gecənin nəticələri
UEFA Avropa Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinə start verilib.
“BUTA.TV” xəbər verir ki, 1-ci turun ikinci oyun günündə keçirilən 9 qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.
Gecənin mərkəzi matçında İtaliya nəhəngi “Yuventus” Niderlandın “Neymegen” kollektivini qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.
Türkiyə təmsilçisi “Beşiktaş” isə doğma meydanda Fransanın “Olimpik Marsel” komandasını 4:1 hesabı ilə məğlub edib.
AL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
OFİ (Yunanıstan) – “Hoffenhaym” (Almaniya) — 2:0
“Levski” (Bolqarıstan) – “Zaltsburq” (Avstriya) — 0:1
“Real Sosyedad” (İspaniya) – “Bornmut” (İngiltərə) — 1:2
“Kristal Pelas” (İngiltərə) – “Lex” (Polşa) — 4:0
“Seltik” (Şotlandiya) – “Ferentsvaroş” (Macarıstan) — 1:3
“Viktoriya” (Çexiya) – “Union” (Belçika) — 0:3
“Lilleström” (Norveç) – “Unian Torrense” (Portuqaliya) — 1:2