Səudiyyə sutka ərzində husilərə 37 zərbə endirdi
Son 24 saat ərzində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin üsyançı Ənsarullah (Husi) hərəkatının nəzarətində olan ərazilərinə təxminən 40 hava hücumu həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya deyib.
"Son 24 saat ərzində Səudiyyə Ərəbistanı təyyarələri Yəmən ərazisinə 37 hava hücumu həyata keçirib", - deyə o bildirib.
Səriya əlavə edib ki, Taiz və Həccah əyalətlərindəki hədəflər bombalanıb.