Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus lideri Aleksandr Lukaşenkonun Şuşaya gəlməsi və verdiyi bəyanatları bəhanə edərək, bu ölkənin ünvanına ittihamlar səsləndirməsi və bütün məmurların Belarusa səfərini qadağan etməsinə, səfirini geri çağırmasına cavab olaraq Azərbaycan sensasion jest edib.
BUTA.TV xəbər verir ki, Belarusda bu gün Müstəqillik Günü ilə bağlı keçiriləcək paradı müdafiə naziri Zakir Həsənov da seyr edəcək, eyni zamanda, Azərbaycan əsgərləri də birbaşa paradda iştirak edəcəklər.
Rusiyalı ekspert Sergey Markov bildirib ki, Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birgə Minskdə keçirilən hərbi paradda iştirakı Ermənistan rəhbərliyinin üzünə şillədir, çünki Ermənistan rəhbərliyi satqındır:
“Və bu İrəvanın xəyanət yoluna davam edəcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı xəbərdarlıqdır. Bu, satqın Paşinyanın Lukaşenkoya qarşı açıq-aşkar təhqirlərinə görə Belarus liderinin cavabıdır. Qərbliləri razı salmaq üçün Paşinyan Belarusa bütün səfərləri qadağan etdi. Satqınlar”.
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- “Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” - Video