Kritik gün yaxınlaşır: Cəlili seçilsə, xalq ayağa qalxacaq

11:42 - 3 İyul 2024 - GÜNDƏM

 Kritik gün yaxınlaşır: Cəlili seçilsə, xalq ayağa qalxacaq

Məsud Pezeşkian və Səid Cəlili arasında ötən gün sonuncu debatın şahidi olduq. Mahiyyətcə, bundan əvvəlki müzakirələrlə eyni idilər: Ənənəvi olaraq namizədlər bir-birini günahlandırır, yaranmış müxtəlif böhranların məsuliyyətini qarşı tərəfə atmağa çalışırdılar. Həmçinin hər iki namizəd digərinin plansız olduğunu iddia edirdi.

Görünüşə görə, ölkənin mövcud problemlərinin həlli sahəsində konkret planları olmayan namizədlər heç bir böhranı köklü şəkildə həll etməyə qadir deyil.

Şüar və vədlərlə çıxış etmək, xalqın eşitmək istədiyi sözləri dilə gətirmək heç zaman yetərli olmayıb. Əsas məsələ bunları necə gerçəkləşdirməkdir. Bəs, bu namizədlər, əsasən də Pezeşkian bu sahədəki planlarından bəhs etdimi?!

Cəlilinin mövqeyi bəllidir - zənnimcə, heç kim onun hər hansı bir plan ortaya atacağını gözləmirdi. Lakin qarşı tərəfi ittiham edən Pezeşkiandan şəffaf olması və aydın şəkildə öz planını açıqlaması bir çoxları tərəfindən gözlənilirdi.

Belə hesab edirəm ki, mövcud siyasi və iqtisadi böhranlardan xilas olmaq istənilən namizədin səlahiyyətindən kənardır. Özəlliklə, konkret planın olmaması bu iddianı gücləndirir.

İndi sadəcə oturub cümə günü keçiriləcək seçkilərin nəticələrini gözləmək lazımdır. Çox güman ki, hakimiyyətin müdaxiləsi olmasa, seçkilərin qalibi Məsud Pezeşkian olacaq. Lakin Səid Cəlilinin qalib elan edilməsi ehtimalı da mövcuddur. Bu halda Pezeşkiana səs verənlər arasında - miqyasından asılı olmayaraq - etiraz səsləri yüksələcək. Bəs, rejim belə bir vəziyyətdə bu riski gözə almağa hazırdırmı?!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol