İntensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-ci kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.
Hazırda sürüşmə nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Sözügedən hissədə baş verən sürüşmənin və müəyyən edilən sürüşmə nöqtələrinin yarada biləcəyi fəsadların qarşısının alınması və avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə Agentlik bərpa işləri aparılır, qabaqlayıcı tədbirlər görür.
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- “Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” - Video