Baltikyanı ölkələr var gücü ilə Ermənistanı Rusiyadan və postsovet məkanında gedən inteqrasiya proseslərindən qoparmağa çalışır, Cənubi Qafqazda son dərəcə dağıdıcı xətt yürüdürlər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
“Cənubi Qafqaza gəlincə, Tallin, Riqa və Vilnüs son dərəcə dağıdıcı xətt yürüdür. İndi onlar bütün gücləri ilə Ermənistanı Rusiyadan qoparmağa, onu bizim ümumi inteqrasiya mexanizmlərimizdən, o cümlədən KTMT-dən uzaqlaşdırmağa, Avroatlantik perspektivlə şirnikləndirməyə çalışır”, - o bildirib.
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video