Türkiyə yığmasının üzvü Merih Dəmiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, 26 yaşlı oyunçu daha əvvəl tribunalarda da belə bir əl hərəkətinin gördüyünü deyib.
“Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldır. Azarkeşlərimiz bizimlə fəxr edir. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik”.
Qeyd edək ki, UEFA futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı bildirilib.
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu ərazilərə qar yağır - Faktiki hava
- Ağstafaya əlavə qatar reysləri təyin edildi
- Bu şəxslərə birdəfəlik müavinət veriləcək
- Bakıda tuneldə batanlar çörək paylayırmış...
- Bu prospektdə məhdudiyyət tam aradan qaldırıldı
- Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq
- DYP yollarda qabaqlayıcı tədbirlər görür