Növbədənkənar prezident seçkilərində səsverməyə gələn seçici sayı gözləniləndən az olub.
BUTA.TV xəbər verir ki, bunu İranın rəhbəri Əli Xamenei bugünkü çıxışında deyib.
“Seçici fəallığı proqnozlaşdırılanın altında olub. Ancaq bu, səsvermədə iştirak etməyənlərin hamısının sistemdən narazı olduğu anlamına gəlmir”,- Xamenei bildirib.
İran rəhbəri seçici fəallığının çox olmasını hakim sistemin başucalığı, dayağı adlandıraraq, vətəndaşları səsvermənin ikinci turunda iştirak etməyə çağırıb.
Qeyd edək ki, 28 iyunda İranda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu