Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü zamanı bildirib.
“Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir”, - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti vurğulayıb ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı