"B-04" metrostansiyası 2025-ci ilin sonunda hazır olacaq. Hazırda inşaatın tamamlanma mərhələsidir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür.
BUTA.TV ki, bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:
"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Ventilyayorlar da stansiya ərazisindədir".
Qeyd edək ki, B-4 stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.
- İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım
- Azərbaycanda Milli Qurtuluş Günüdür
- Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
- Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi