İsrail və Ukraynanın xarici işlər nazirləri - İsrail Katz və Dmitri Kuleba telefonla Yaxın Şərqdəki vəziyyəti, habelə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski Teleqram kanalında bildirib.
"İsrail və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Ukrayna və Yaxın Şərqdəki müharibə, eləcə də İran təhlükəsinə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlıq diqqət mərkəzində olub", - paylaşımda vurğulanıb.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı